Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir

Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
Aprelin 26-28-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar yarışın təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) trekin üzərinə düşən mərkəzi küçələrdə təmir-tikinti işlərini davam etdirir.

BŞH-dən BrendSport.az-a bildiriblər ki, Puşkin küçəsinin Üzeyir Hacibəyli və Xaqani küçələrinin kəsişmələri arasında olan yol martın 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyli və Neftçilər küçələrinin kəsişmələri arasındakı yol hissəsi martın 27-dən aprelin 8-dək asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Lakin Hökumət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.
Bundan əlavə, Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi martın 22-dən 26-dək, Bülbül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi martın 27-dən aprelin 8-dək, Xaqani küçəsinin Puşkin küçəsi və Bülbül prospekti ilə kəsişməsi aprelin 1-dən 8-dək qismən bağlanacaq.
Qeyd edək ki, göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.


Facebook-da paylaş