Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Budapeşt "Red Bull Air Race" yürüşünün keçirilməsindən imtina edib

Budapeşt "Red Bull Air Race" yürüşünün keçirilməsindən imtina edib
Budapeşt meriyası ənənəvi olaraq iyul ayında Macarıstan paytaxtında, Dunay üzərində keçirilən "Red Bull Air Race" yürüşünə icazə verməkdən imtina edib.
BrendSport.az mer İştvan Tarloşun bəyanatına istinadla xəbər verir ki, rədd cavabı Budapeşt sakinlərinin tədbirin adekvat olmayan şərtləri ilə bağlı çoxsaylı şikayətləri ilə əsaslandırılıb. Şəhərin hakimiyyət orqanları təşkilatçılara yürüşü başqa yerdə, məsələn, Dunayın döngəsində, Vışeqrad yaxınlığında, yaxud Balaton gölü rayonunda keçirməyi təklif ediblər.
Xatırladaq ki, bir il əvvəl "Red Bull Air Race" yürüşü Budapeştin mərkəzində başa çatandan sonra mer üzləşdikləri narahatlığa - səs-küyə, tıxaclara, yolların bağlanmasına görə şəhər sakinlərindən üzr istəmişdi. O vaxt şəhərin başçısı demişdi: "Budaperşt sakinləri belə sınaqdan bir daha keçməməlidirlər".


Facebook-da paylaş