Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Yuventus” inamlı qələbə sayəsində UEFA Çempionlar Liqasının dörddəbir finalına yüksəlib



Martın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti cavab qarşılaşmasında “Yuventus” klubu doğma meydanda “Atletiko Madrid”i qəbul edib.

BrendSport.az xəbər verir ki, Madriddə oynanılan ilk görüşdə İtaliya təmsilçisi 0:2 hesabı ilə məğlub olduğu üçün cavab qarşılaşması “Yuventus”un ardıcıl hücumları şəraitində keçib. Sürətli idman mübarizəsinin yaşandığı görüş Turin təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Hər üç qolu oyunun qəhrəmanı olan Kriştiano Ronaldo vurub. Portuqaliyalı hücumçu matçın 27-ci, 48-ci və 86-cı (11 metrlik cərimə zərbəsi) dəqiqələrində adını tabloya yazdırıb.

Beləliklə, ilk görüşdə məğlub olmasına baxmayaraq, inamlı qələbə qazanan “Yuventus” qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirib.

“Atletiko Madrid” isə final qarşılaşmasının doğma arenasında – “Metropolitano” stadionunda keçiriləcək UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.


Facebook-da paylaş