Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




İstanbul derbisində “Başakşəhər” “Fənərbağça”nı məğlub edib



Futbol üzrə Türkiyə Superliqasının XXV turunda İstanbul derbisi baş tutub. Lider “Başakşəhər” doğma meydanda “Fənərbağça”nı qəbul edib. Bu komandaların əvvəlki görüşlərində 6 dəfə “Fənərbağça”, 5 dəfə “Başakşəhər” qalib gəlib. Komandaların 4 görüşündə isə qalib müəyyənləşməyib.


BrendSport.az xəbər verir ki, “Fateh Terim” stadionunda baş tutan görüşün 19-cu dəqiqəsində “Başakşəhər”in braziliyalı hücumçusu Robinyo hesabı açıb. Birinci hissə elə bu hesabla bitib.

Lakin qonaqların cavab qolu çox da gecikməyib. Roberto Soldado 73-cü dəqiqədə hesabı bərabərləşdirib. Meydan sahibləri isə 83-cü dəqiqədə Stefano Nappolioninin qolu ilə qələbə qazanıblar. Beləliklə “Fənərbağça” səfərdə “Başakşəhər”ə 1:2 hesabı ilə məğlub olub.

Bu qələbədən sonra “Başakşəhər” turnir cədvəlində 57 xalla lider mövqeyini möhkəmlədib. “Fənərbağça” isə 28 xalla 14-cü pillədə qərarlaşıb.

Günün digər maraqlı oyunu “Trabzonspor” və “Akhisarspor” arasında baş tutub. Bu oyunda meydan sahibləri Antoni Nvakaeme və Xose Sosanın qolları sayəsində qələbə qazanıb. Qonaqların yeganə qolunu Jeremi Bokila vurub.

“Ankaragücü” – “Bursaspor” oyununda isə hesab açılmayıb.


Facebook-da paylaş