Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start veriləcək



Martın 5-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start veriləcək.

BrendSport.az xəbər verir ki, ilk oyun günündə dörddəbir final mərhələsinin ilk iki iştirakçısı müəyyənləşəcək. Almaniyanın “Borussiya Dortmund” klubu doğma meydanda İngiltərənin “Tottenhem” komandasını qəbul edəcək. “Real Madrid” isə Hollandiyanın “Ayaks” klubunu qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İlk qarşılaşmada “Tottenhem” Londonda “Borussiya”nı böyük hesabla məğlub edib – 3:0. Dortmundluların heyətində müdafiəçi Lukaş Pişek zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Yarımmüdafiəçi Kristian Pulişiçin isə matçda iştirak edib-etməyəcəyi bəlli deyil. London klubunda isə zədəli olan yarımmüdafiəçi Deli Allinin bu oyunu buraxacağı dəqiqləşib. Erik Dayer və Hari Vinksin görüşdə iştirakı oyun vaxtı məlum olacaq.

Turun ilk gününün digər oyunu “Santyaqo Bernabeu” stadionunda oynanılacaq. “Real Madrid” səfərdə 2:1 hesabı ilə qalib gəldiyindən doğma azarkeşlər önündə hesabı qorumağa salışacaq. Madridlərin kapitanı Serxio Ramos cəzalı olduğu üçün bu oyunda meydana çıxa bilməyəcək. Yarımmüdafiəçi Markos Lorentenin isə matçda iştirakı sual altındadır. Amsterdam təmsilçisinin heyətində hücumçu Hassan Bande zədə səbəbindən oyunda iştirak etməyəcək.


Facebook-da paylaş

Xəbəri paylaş