Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Futbol üzrə Türkiyə Kubokunun sonuncu yarımfinalçısı da müəyyənləşib

Futbol üzrə Türkiyə Kubokunun sonuncu yarımfinalçısı da müəyyənləşib
Futbol üzrə Türkiyə Kubokunun dörddəbir final mərhələsinin sonuncu yarımfinalçısı da müəyyənləşib.

BrendSport.az xəbər verir ki, Türkiyə Kubokunun sonuncu qalibi “Akhisar Bələdiyəspor” komandası cavab qarşılaşmasında səfərdə “Kasımpaşa”nı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. “Rəcəb Tayib Ərdoğan” stadionunda keçirilən görüşün 18-ci dəqiqəsində “Akhisar Bələdiyəspor”un hücumçusu Helder Barbosa hesabı açıb – 1:0. Meydan sahibləri 37-ci dəqiqədə Benqali Fode Koitanın vurduğu qolla hesabı bərabərləşdiriblər – 1:1. Matçın 84-cü dəqiqəsində Sergino “Akhisar Bələdiyəspor”un qələbə qolunu vurub – 2:1.
İlk oyunda da qalib gələn (3:1) “Akhisar Bələdiyəspor” klubu “Qalatasaray”, “Yeni Malatyaspor” və “Ümraniyəspor”dan sonra yarımfinala yüksəlib. “Akhisar Bələdiyəspor” yarımfinalda “Ümraniyəspor”la qarşılaşacaq. “Qalatasaray” isə “Yeni Malatyaspor” komandası ilə üz-üzə gələcək.
Ziraat Türkiyə Kubokunun yarımfinal mərhələsinin görüşləri aprelin 2-də, 3-də və ya 4-də, cavab görüşləri isə həmin ayın 23-də, 24-də və ya 25-də oynanılacaq. Final matçı isə mayın 16-da Sivasda keçiriləcək.


Facebook-da paylaş