Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Peru yeniyetmə komandalar arasında futbol üzrə 2019-cu il dünya çempionatına ev sahibliyi edə bilməyəcək

Peru yeniyetmə komandalar arasında futbol üzrə 2019-cu il dünya çempionatına ev sahibliyi edə bilməyəcək
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) nümayəndələr komissiyası 17 yaşadək oyunçular arasında futbol üzrə dünya çempionatını başqa ölkədə keçirmək barədə qərar qəbul edib.

BrendSport.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib.
2019-cu ilin dünya birinciliyinə ev sahibliyini Peru həyata keçirməliydi. Lakin FIFA nümayəndələri turnirin keçiriləcəyi yerlərə səfərlər zamanı və ölkənin futbol federasiyası ilə görüşdə infrastrukturun hazırlanmasında, həmçinin logistikanın təşkilində çoxsaylı problemlər aşkarlayıblar.
“FIFA dünya çempionatının başqa ölkədə keçirilməsi barədə qərar verib, birincilik Peruda təşkil olunmayacaq. Təşkilat Peru Futbol Federasiyasına və hakimiyyət orqanlarına göstərdikləri səyə və gələcəkdə turnirin bu ölkədə keçirilməsinə hazır olduqlarına görə minnətdarlığını bildirir. Yaxın vaxtlarda FIFA dünya çempionatının keçirilməsi üçün alternativ variantlara baxacaq”, - deyə məlumatda bildirilir.
Yeniyetmə komandalar arasında dünya birinciliyinin Peruda keçirilməsi qərarı 2018-ci ilin martında qəbul edilib. Ruandanın rəqabətlə bağlı müraciəti isə logistika problemləri səbəbindən rədd edilib. Yarışların təqviminə əsasən, turnir 2019-cu il oktyabrın 5-dən 27-dək olan dövrdə keçirilməlidir. Xatırladaq ki, hazırkı dünya çempionu İngiltərə yığmasıdır.


Facebook-da paylaş