Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qətərdə keçiriləcək dünya çempionatına 263 mindən çox könüllü müraciət edib

Qətərdə keçiriləcək dünya çempionatına 263 mindən çox könüllü müraciət edib
2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatında 263 mindən çox könüllü qeydiyyatdan keçib.

BrendSport.az TASS-a istinadla xəbər verir ki, bunu dünya çempionatının Təşkilat Komitəsinin mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, dünya çempionatının könüllülər proqramına qatılmaq üçün müraciətlərin qəbulu davam edir.
XXII dünya çempionatının oyunları 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək yeddi şəhərdə - paytaxt Doha ilə yanaşı, Lusail, Əl-Vakr, Əl-Xore, Əl-Rayan, Ümm-Salal və Mədinət-əş-Şamalda keçiriləcək.
Qeyd edək ki, Qatar Yaxın Şərqdə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ilk ölkə olacaq. Dünya çempionatı ilk dəfə qışda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş