Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Fənərbağça”nın sabiq futbolçusu ABŞ klubuna transfer olunub

“Fənərbağça”nın sabiq futbolçusu ABŞ klubuna transfer olunub
İstanbulun “Fənərbağça” futbol klubunun sabiq hücumçusu Luiş Nani karyerasını ABŞ-da davam etdirəcək.

BrendSport.az xəbər verir ki, 32 yaşlı hücumçu Portuqaliyanın “Sportinq” komandasından ABŞ-ın “Orlando Siti” klubuna transfer olunub. Portuqaliyalı hücumçu ilə 2021-ci ilədək müqavilə imzalanıb.
Nani karyerasının debütünü 2005-ci ildə “Sportinq”də edib. Hücumçu Avropanın tanınmış klublarından “Mançester Yunayted”, “Valensiya” və “Latsio”nun formasını geyinib.
Qeyd edək ki, futbolçu cari mövsümdə “Sportinq”in heyətində iştirak etdiyi 24 oyunda 8 dəfə fərqlənib.


Facebook-da paylaş