Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub

“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub

Fevralın 17-də “Real Madrid” cari mövsümdə La Liqada yeddinci dəfə məğlub olub.

BrendSport.az xəbər verir ki, İspaniya çempionatının 24-cü turunda madridlilər doğma meydanda – “Santiaqo Bernabeu”da turnir cədvəlində 17-ci pillədə qərarlaşan “Girona”ya uduzublar – 1:2.
Oyunda ilk dəqiqələrdən rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradan meydan sahibləri 25-ci dəqiqədə Karlos Kasemironun başla vurduğu qol sayəsində hesabı açıblar.
İkinci hissədə daha inamlı təsir bağışlayan qonaq komanda 65-ci dəqiqədə hesabı bərabərləşdirib. Kristian Stuani 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib – 1:1. Bu qoldan on dəqiqə sonra Kristian Portuqes “Girona”nı hesabda irəli çıxarıb. “Real” oyunda dönüş yaratmağa çalışsa da, məğlubiyyətdən xilas ola bilməyib – 1:2.
Beləliklə, cari mövsümdə yeddinci dəfə məğlubiyyətlə üzləşən “Kral klubu” bir pillə geriləyərək üçüncü sırada qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş