Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Halal məhsul, sehirli dad


VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Formula 1 “Williams” komandası fevralın 11-də yeni titullu sponsorunun adını elan edəcək

Formula 1 “Williams” komandası fevralın 11-də yeni titullu sponsorunun adını elan edəcək

Fevralın 11-də Formula 1-in “Williams” komandası öz bolidinin yeni livreyasını nümayiş etdirəcək.
BrendSport.az “Autosport”a istinadla xəbər verir ki, məhz həmin gün Qrouvedə yeni titullu sponsorun da adı elan olunacaq.
Ötən mövsüm “Williams” üçün “Martini” brendi ilə əməkdaşlıqda sonuncu olduğundan komandanın titullu sponsorunun yeri boş qalıb. Daha əvvəl ehtimal var idi ki, komandanın sponsoru “Rich Energy” olacaq. Lakin komanda son nəticədə “Haas”la tərəfdaşlığı seçib.

2019-cu ildə Formula 1-də mühüm tarixlər

7 fevral – “Haas”ın yeni livreyası və bolidinin təqdimatı
11 fevral – “Toro Rosso”nun bolidinin təqdimatı, “Williams”ın livreyasının təqdimatı
12 fevral – “Renault”un bolidinin təqdimatı
13 fevral – “Mercedes”, “Red Bull” və “Racing Point”in (ehtimal ki, yalnız livreyanın) təqdimatları
14 fevral – “McLaren” bolidinin təqdimatı
15 fevral – “Ferrari” bolidinin təqdimatı
18 fevral – “Alfa Romeo” bolidinin təqdimatı
18-21 fevral - birinci mövsümqabağı testlər
26 fevral-1 mart – ikinci mövsümqabağı testlər.


Facebook-da paylaş