Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Türkiyə Super Liqası: "Fənərbaxça" cari mövsümdə səkkizinci dəfə məğlub olub

Türkiyə Super Liqası: "Fənərbaxça" cari mövsümdə səkkizinci dəfə məğlub olub

Fevralın 8-də Türkiyə Super Liqasının 21-ci turuna "Kayserispor" - "Fənərbaxça" oyunu ilə start verilib.
BrendSport.az xəbər verir ki, "Kadir Has" stadionunda baş tutan görüşdə meydan sahibləri "Kayserispor" minimal hesabla qələbə qazanıb (1:0).
Gərgin keçən birinci hissədə hesab açılmayıb. Fasilədən sonra hər iki komanda bir birinin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Matçın əsas vaxtının bitməsinə üç dəqiqə qalmış "Karserispor" klubunun futbolçusu Artem Kravets adını tabloya yazdıraraq komandasına qələbə qazandırıb.
Beləliklə, "Fənərbaxça" klubu cari mövsümdə 8-ci məğlubiyyətini qazanaraq 23 xalla 13-cü , "Kayserispor" isə 25 xalla 11-ci yerdə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş