Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Türkiyə çempionatı: lider “Başakşəhər” “Qalatasaray”la xal fərqini artırıb



Fevralın 3-də futbol üzrə Türkiyə çempionatının XX turunda Superliqanın lideri "Başakşəhər" komandası səfərdə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Akhisarspor"la qarşılaşıb.

BrendSport.az xəbər verir ki, qonaqların üstünlüyü şəraitində keçən oyun İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Başakşəhər"in heyətində qolları moldovalı müdafiəçi Aleksandr Epureanu (32), braziliyalı hücumçu Robinyo (40) və Arda Turanın yerinə sonradan meydana daxil olan yeni transfer Demba Ba (90) vurublar.

Bu qalibiyyət sayəsində baş məşqçi Abdulla Avcının yetirmələri xallarının sayını 44-ə yüksəldib və turnir cədvəlində ilk pillədəki mövqeyini möhkəmləndirib. İstanbul komandası ötən gün "Alanyaspor"la heç-heçə edərək (1:1) xal itirən ən yaxın izləyicisi "Qalatasaray"dan 8 xal irəlidədir.

Xatırladaq ki, "Başakşəhər" yanvarın 22-də Çinin "Şanxay Şenhua" komandasının seneqallı hücumçusu Demba Ba, fevralın 1-də Rusiyanın "Rubin" klubunun müdafiəçisi Fyodor Kudriyaşovu və Almaniyanın "Hannover 96" klubunun hücumçusu Mete Kaan Demiri transfer edərək heyətini gücləndirib.

Bu gün oynanılan digər görüşdə "Rizəspor" klubu səfərdə "Ərzurumspor"u 1:0 hesabı ilə məğlub edib.

Hazırda "Başakşəhər" komandası 44 xalla çempionata başçılıq edir. Hesabında 36 xalı olan "Qalatasaray" turnir cədvəlində ikinci sıradadır. 33 xala malik "Yeni Malatyaspor" və "Trabzonspor" üçüncü-dördüncü yerləri bölüşürlər.


Facebook-da paylaş