Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Beş məşhur avtodrom Formula 1-dən imtina etməklə hədələyir



Formula 1-in sahibi, ABŞ-ın “Liberty Media” şirkəti Qran-Pri seriyası təşkilatçılarının narazılığı ilə üzləşib. Təşkilatçılar onların şərtləri təmin olunmayacağı təqdirdə, Kral yürüşlərindən imtina edəcəkləri ilə hədələyirlər.

BrendSport.az xəbər verir ki, Silverstoun, Montse, Barselona, Hokkenhayme və Mexiko mərhələlərinin təşkilatçıları narazı olanlar arasındadırlar. Yanvarın 28-də onların görüşü olub.

Silverstoun Qran-Prisinin başçısı və Formula 1 Promouterləri Assosiasiyasının sədri Stüart Prinql deyib: “Hamı narazıdır. “Liberty”nin ideyaları əsassızdır. İndiyədək biz üzüyola və sakit idik. Lakin Formula 1-ə hazırda başçılıq edən şəxslərin rəhbərliyi ilə bu idmanın gələcəyi bizdə böyük narahatlıq doğurur”.

“Liberty Media”nın icraçı direktoru Çeyz Keri Formula 1 Qran-Prisini Mayamidə pulsuz keçirməyi təklif etdiyinə görə tənqid olunub. Məsələn, Silverstoun seriyaya 25 milyon funt sterlinq ödəyir.

Başqa bir promouter bildirib ki, Keri və Formula 1-in kommersiya direktoru Şon Bretçs “zəif görənləri aparan korlara” bənzəyir.


Facebook-da paylaş