Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Fənərbaxça” qələbə həsrətinə son qoydu



Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub.

BrendSport.az xəbər verir ki , ilk oyun günündə “Beşiktaş” öz meydanında “Ərzurumspor”u qəbul edib. “Qara qartallar” rəqibiylə qollu bərabərə qalıb – 1:1. Matçdaki hər iki qol “Beşiktaş”ın futbolçusu Dorukan Tokozun adına yazılıb. 69-cu dəqiqədə öz qapısına qol vuran Dorukan, 78-ci dəqiqədə “qara qartallar”a 1 xalı gətirən qolu vurub.

İkinci oyun günündə “Qalatasaray” səfərdə İzmir təmsilçisi “Göztəpə”ylə qarşılaşıb və minimal hesabla üstün olub. “Kayserispor” – “Bursaspor” matçında isə qalib müəyyənləşməyib.

Bazar günü də 3 qarşılaşma baş tutub. “Rizəspor” doğma meydanda “Akhisarspor”dan, “Konyaspor” “Antalyaspor”dan üstün olub. “Sivasspor” – “Trabzonspor” oyununda isə qalib müəyyənləşməyib.

“Fənərbaxça” isə öz meydanında “Yeni Malatyaspor”la üz-üzə gəlib. İstanbul klubu qələbə həsrətinə nəhayət ki, bu görüşdə son qoymağı bacarıb.

Lider “Başakşəhər” isə bu turda “Kasımpaşa”nı sınağa çəkib və inamlı qələbəyə sevinib.

Türkiyə Super Liqası, 19-cu tur

25 yanvar

Beşiktaş – Ərzurumspor 1:1
Qol: Dorukan Tokoz, 78. – Dorukan Tokoz , 69-avtoqol.
Qırmızı vərəqə: Rikardo Kuarejma, 87. (Beşiktaş)

26 yanvar

Kayserispor – Bursaspor 1:1
Qol: Sapunaru, 48 – Y.Erdoğan, 30.

Göztəpə – Qalatasaray 0:1
Qol: S.Gümüş, 72.

27 yanvar


Rizəspor – Akhisarspor 3:1
Qol: Melnyak, 70. Muriqi, 72. Nakoulma, 82 – Kokaliç, 14.

Konyaspor – Antalyaspor 2:0
Qol: Yevtoviç, 11. Skubiç, 56.

Sivasspor – Trabzonspor 1:1
Qol: Kone, 73 – A.Parmak, 75.

28 yanvar

Ankaragücü – Alanyaspor 0:2
Qol: Kampos, 6-pen. Sisse, 55.

Başakşəhər – Kasımpaşa 2:0
Qol: Vişça, 42. Elia, 84.

Fənərbaxça – Yeni Malatyaspor 3:2
Qol: M.Ekici, 2; 31. M.Topal, 86 – Mina, 28. Donald, 45.



Bombardir: Mbaye Diane (Kasımpaşa) – 20 qol.


Facebook-da paylaş

Xəbəri paylaş