Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” oldu



Futbol üzrə İngiltərə Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

BrendSport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Mançester Siti” səfərdə “Barton”la üz-üzə gəlib. Doğma meydanda 9 cavabsız qol vuran “şəhərlilər” səfərdə də minimal qalib gəliblər və ilk finalçı olublar.

Digər finalçının adına isə “Çelsi” – “Tottenhem” matçında aydınlıq gəlib. Bu qarşılaşmada da “zadəganlar” 2:1 üstün olublar. Lakin reqlamentə əsasən, mütləq qalib müəyyənləşmədiyindən, penalti seriyasına müraciət olunub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Çelsi” finala adlayıb və “Mançester Siti”nin rəqibi olub.

İngiltərə Kuboku, Yarımfinalın cavab oyunları

23 yanvar

Barton – Mançester Siti 0:1 (ilk oyun 0:9)

24 yanvar

Çelsi – Tottenhem 2:1, penaltilər 4:2 (ilk oyun 0:1)


Facebook-da paylaş

Xəbəri paylaş