Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ronaldo Messiyə çatdı



“Yuventus” İtaliya A Seriyasının 20-ci turunda öz meydanında “Kyevo”nu məğlub edib (3:0).

BrendSport.az xəbər verir ki, Turin təmsilçisinin hücumçusu Kriştiano Ronaldo, 53-cü dəqiqədə penalti vuruşundan yararlana bilməyib. Bununla da, portuqaliyalı futbolçu karyerası ərzində 25-ci dəfə qapıçıyla dueldən məğlub ayrılıb.

Ronaldo qaçırılan penalti vuruşlarının sayında “Barselona”nın futbolçusu Lionel Messiyə çatıb. Argentinalı hücumçu da 25 dəfə penalti vuruşunu qola çevirə bilməyib.

Ronaldo həm də, “Yuventus”un heyətində ilk dəfə penalti vuruşunu qola çevirə bilməyib. O, bundan əvvəl Turin təmsilçisində 4 dəfə penalti zərbəsindən fərqlənib.


Facebook-da paylaş

Xəbəri paylaş