Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dembele başladı, Messi bitirdi - "Barselona"dan inamlı qələbə



İspaniya La Liqasında 20-ci turun daha 5 oyunu keçirilib.

BrendSport.az -ın məlumatına görə, lider "Barselona" doğma meydanda "Leqanes"i qəbul edib. Görüşdə hesabı 32-ci dəqiqədə kataloniyalıların yarımmüdafiəçisi Usman Dembele açıb. Qonaqlar ikinci hissənin əvvəlində tarazlığı bərpa etsələr də, Luis Suares 71-ci dəqiqədə "Barsa"nı önə çıxarıb. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Lionel Messi qoyub.

Tura bu gün keçiriləcək "Eybar" - "Espanyol" oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, 20 turdan sonra "Barselona" 46 xalla liderdir. İkinci sıradakı "Atletiko"nun 41 xalı var. "Real" isə 36 xalla 3-cüdür.


İspaniya La Liqası, 20-ci tur

20 yanvar

"Betis" - "Jirona" - 3:2
Qollar: K. Teyyo, 12 (1:0), A. Qarsiya, 36 (1:1), S. Dumbiya, 44 (1:2), L. Moron, 54 (2:2), S. Kanales, 90-pen (3:2)

"Vilyarreal" - "Atletik" - 1:1
Qollar: C. Kosta, 18-avtoqol (0:1), K. T Ekambi, 71 (1:1)

"Rayo Valyekano" - "Real Sosyedad" - 2:2
Qollar: S. Komesana, 22 (1:0), A. Embarba, 28 (2:0), H. Moreno, 39 (1:2), V. Joze, 82 (2:2)

"Levante" - "Valyadolid" - 2:0
Qollar: Koke, 42 (1:0), R. Marti, 90 (2:0)

"Barselona" - "Leqanes" - 3:1
Qollar: U. Dembele, 32 (1:0), M. Braytvayt, 57 (1:1), L. Suares, 71 (2:1), L. Messi, 90 (3:1)


21 yanvar

"Eybar" - "Espanyol"


19 yanvar

"Xetafe" - "Alaves" - 4:0

"Real" - "Sevilya" - 2:0

"Hueska" - "Atletiko" - 0:3

"Selta" - "Valensiya" - 1:2


Facebook-da paylaş

Xəbəri paylaş