Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“DÇ 2022”də iştirakçıların sayı artarsa mundialın oyunları Qətərə yaxın ölkələrin birində də keçirilə bilər




Futbol üzrə 2022-ci ildə təşkil olunacaq dünya çempionatında iştirakçı komandaların sayı artarsa, mundialın bəzi oyunları bu yarışa ev sahibliyi edən Qətər Dövlətinə yaxın ölkələrdə keçirilə bilər.

BrendSport.az “Magrib Arab Press” (MAP) xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri FIFA prezidenti Canni İnfantino deyib.

O, FIFA-nın Mərakeşdə keçirilən beynəlxalq sammitində mətbuata açıqlamasında bildirib: “2022-ci ildə keçiriləcək dünya çempionatında iştirakçı komandaların sayını 48-ə çatdırmaq barədə razılıq əldə olunsa turnirin bəzi matçları Qətərə yaxın ölkələrdə oynanıla bilər”.

C.İnfantino dünya çempionatının planlaşdırıldığı kimi, noyabrın 21-dən dekabrın 18-dək keçiriləcəyini deyib. FIFA prezidenti bildirib ki, Qətərdəki dünya çempionatında iştirakçı ölkələrin sayının artırılması məsələsi hələ də müzakirə olunur və ali futbol qurumu bununla bağlı yekun qərar qəbul edəcək.


Facebook-da paylaş