Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



O, çox dəyişdi - Qattuzo




“Milan”ın baş məşqçisi Cennaro Qattuzo “Yuventus”un portuqaliyalı futbolçusu Kriştiano Ronaldo haqqında danışıb.

BrendSport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Qattuzo, Ronaldonun gözləniləndən də səmərəli futbolçuya çevrildiyini deyib:

“Son 7-8 il ərzində Ronaldonun inanılmaz futbolçu halına gəldiyini düşünürəm. O, çox dəyişdi. Bir neçə il əvvəl onunla tanış olduğumda, o, texnikası sayəsində daha çox şou göstərirdi. Bir müddət əvvəl isə o, artıq bunu dayandırdı. İndi o, daha yaxşı hücum edir, rəqibi çətin vəziyyətdə saxlamaq və topu dəqiqliklə vurmaq istəyir. O, öz yaşını oyununa yansıtmır. Ronaldo mükəmməl bir maşındır”.

33 yaşlı hücumçu “Yuventus”un heyətində iştirak etdiyi 19 çempionat oyununda 14 qol vurub.


Facebook-da paylaş

Xəbəri paylaş