Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Roma”nın Məhəmməd planı




İtaliyanın “Roma” klubu “Arsenal”ın yarımmüdafiəçisini heyətinə qatmaq istəyir.

BrendSport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “topçular”ın heyətində çox şans qazanmayan Məhəmməd Elneni “Roma”nın transfer hədəfindədir. “Canavarlar” 26 yaşlı futbolçunu icarə əsasında mövsümün sonunadək heyətinə qatmaq istəyir.

“Roma”nın yaxın günlərdə London klubuna Elneni üçün rəsmi təklif göndərəcəyi gözlənilir.

“Arsenal” misirli yarımmüdafiəçini 2016-cı ildə, 12,5 milyon avro qarşılığında “Bazel”dən transfer edib.


Facebook-da paylaş

Xəbəri paylaş