Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Formula 1 Azərbaycan Qran-Prisi sessiyalarının vaxtı açıqlanıb



Formula 1-in yaydığı mətbuat üçün xüsusi açıqlamada 2019-cu il Qran-Pri mövsümünün bütün sessiyalarının başlanma və başa çatma vaxtları elan edilib.

BrendSport.az xəbər verir ki, 21 mərhələdən ibarət olan çempionat martın 17-də Avstraliyada start götürür və dekabrın 1-də Əbu-Dabidə başa çatır.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-dək Bakıda keçiriləcək. İlk cümə məşqi yerli vaxtla saat 13:00-14:30-da, ikincisi isə 17:00-18:30-da baş tutacaq. Şənbə yürüşünün vaxtı 14:00-15:00, təsnifatı isə 17:00-18:00-da olacaq. Bazar günü yürüşü 16:10-da başlayır və günəşin qürubu ilə - 19:32-də yekunlaşır.


Facebook-da paylaş