Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



İtalyanlar millinin üzvünə “elçi düşdü”



“Leyptsiq”in futbolçusu Timo Verner karyerasını İtaliyada davam etdirə bilər.

BrendSport.az xəbər verir ki, 22 yaşlı forvardla “Milan” və “Yuventus” yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Leyptsiq”in prezidenti Oliver Mintslaff Almaniya mətbuatına açıqlamasında, Vernerin klubla yeni müqavilə imzalamaq istəməyəcəyi təqdirdə, onu sata biləcəklərini demişdi.

Vernerin transfer dəyəri 65 milyon avrodur.

“Milan” və “Yuventus”la yanaşı, “Liverpul” da alman futbolçunun xidmətində maraqlıdır.

Verner 23 dəfə Almaniya millisinin formasını geyinib. O, cari mövsümdə Bundesliqada 17 qarşılaşmada iştirak edərək, 11 qol vurub.


Facebook-da paylaş