Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



"Beşiktaş" Türkiyə milli komandasının hücumçusunu transfer edib



"Beşiktaş" klubu Türkiyə milli komandasının və "Trabzonspor"un hücumçusu Burak Yılmazı transfer edib.

BrendSport.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, 33 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Cari mövsümdə "Trabzonspor"un heyətində 7 oyunda 5 qol vuran hücumçu yeni klubunda ildə 2,5 milyon avro qazanacaq.

B.Yılmaz son dəfə İstanbul komandasına 2006-cı ildə "Antalyaspor"dan keçib. Lakin o, 2007-2008-ci il mövsümünün ortasında "Manisaspor"a icarəyə verilib. Həmin il müqavilə ilə məxsus olduğu "Beşiktaş"dan ayrılan B.Yılmaz sonralar Türkiyənin "Fənərbağça", "Qalatasaray" və "Trabzonspor" komandalarında futbolçu karyerasını davam etdirib. Təcrübəli futbolçu bir müddət Çinin "Beytszin Qoan" klubunun da formasını geyinib.

B.Yılmaz Türkiyə millisinin heyətində 51 oyunda 23 dəfə fərqlənib.

Qeyd edək ki, "Beşiktaş" komandası Türkiyə Superliqasında turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.


Facebook-da paylaş