Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Avroliqada olmağımız daha ədalətlidir" - Fatih Terim



"Çempionlar Liqasında mübarizəyə başlayarkən 2 hədəfimiz var idi. Biri burada yolumuza davam etmək idi. Ancaq ədalətli nəticə məhz indi olandır".

BrendSport.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun "Portu" ilə oyunundan sonra keçirilən mətbuat konfransında deyib. 2:3 hesablı məğlubiyyəti şərh edən mütəxəssis nəticəyə baxmayaraq, komandasının mübarizə əzmindən razı qalıb:

"Portu" ilə həm ev, həm də səfər oyununda qol şanslarının çox olmasına baxmayaraq, qələbə qazana bilmirsənsə, Avroliqaya getməlisən. Rəqib bu gün 3 dəfə qapımızın qarşısına gəldi, hər 3-ü qolla nəticələndi. Musleranın yerə yıxıldığını xatırlamıram. Bu qədər yaxşı oynadığımız, ilk 15-20 dəqiqədə ən azı 2 qol vurmalı olduğumuz halda, konsentrasiya çatışmazlığına görə toplar buraxdıq. Görmək istədiyimiz "Qalatasaray" 1:2, 2:3-dən sonrakı komandadır. 3-cü qolu vura bilsəydik, inanın ki, hesab 5:3 bizim xeyirimizə olacaqdı. Bəlkə də Türkiyədə bu cür səhvləri bağışlayırlar. Amma Avropada belə deyil. Bura başqa səviyyədir. Bütün çatışmazlılqlara baxmayaraq, komandamın mübarizə əzmindən, istəyindən razıyam".

F. Terim bu mövsüm Avroliqada oynamaqlarının daha ədalətli olduğunu söyləyib: "Məğlub olduğumuz oyundan razı qala bilmərəm. Ancaq azarkeşlərimizin komandaya dəstəyi gələcək üçün ümidvericidir. Təbii ki, Çempionlar Liqası ilə vidalaşdığımız üçün üzülürük. Amma hər şey qismətdir. Görək, bundan sonra necə olacaq. Məncə, bu mövsüm Avroliqada olmağımız daha ədalətlidir. Avropada oynamaq üçün darıxmışıq. "Portu"ya ÇL-də uğurlar arzu edirəm. Bu komanda ilə Joze Mourinyonun vaxtında tanış olmuşam. Ümid edirəm ki, həmin dövrdəki kimi uğur qazanarlar".

Qeyd edək ki, "Portu", "Şalke" və "Lokomotiv" (Moskva) klubları ilə birgə yer aldığı D qrupunda 3-cü pilləni tutan "Qalatasaray" yoluna Avropa Liqasında davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş