Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin altıncı turuna start veriləcək



Dekabrın 11-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin sonuncu - altıncı turuna start veriləcək.

BrendSpor.az xəbər verir ki, turun mərkəzi qarşılaşması C qrupunda yer alan İngiltərənin “Liverpul” və İtaliyanın “Napoli” klubları arasında baş tutacaq. İngiltərə təmsilçisi pley-off mərhələsinə çıxmaq üçün bu oyunda mütləq qələbə qazanmalıdır. Qrupun digər oyununda “Srvena Zvezda” (Serbiya) doğma meydanda Fransanın “Paris Sen-Jermen” klubunu qəbul edəcək.

Bu qrupa 9 xalla “Napoli” liderlik edir. “Paris Sen-Jermen” 8 xalla ikinci, “Liverpul” isə 7 xalla üçüncü pilədədir. “Srvena Zvezda” 4 xalla sonuncu yerdə qərarlaşıb.

Turun maraq doğuran digər görüşü B qrupunda yer alan “Barselona” və “Tottenhem” komandaları arasında oynanılacaq. Kataloniyalılar növbəti mərhələyə vəsiqəni təmin etdiklərinə görə bu oyun onlar üçün formal xarakter daşıyır. Bu qrupun digər oyununda isə Hollandiyanın “PSV Eyndhoven” komandası səfərdə İtaliyanın “İnter” klubunun qonağı olacaq. Qrupdakı vəziyyətlə əlaqədar londonlulara növbəti mərhələyə yüksəlmək üçün “Barselona” ilə oyunda qələbə qazanmaqla yanaşı, “İnter”in də xal itirməsi lazımdır. Qrupun lideri “Barselona”nın 13 xalı var. Hər ikisinin yeddi xalı olan “İnter” ikinci, “Tottenhem” isə üçüncüdür. “PSV Eyndhoven” isə 1 xalla sonuncu sıradadır.

Turun digər oyunlarında A qrupunda “Brügge” (Belçika) “Atletiko Madrid”i (İspaniya), “Monako” isə (Fransa) “Borussiya Dortmunt”u (Almaniya) qəbul edəcək. Bu turdakı görüşlərin nəticələrindən asılı olmayaraq, “Atletiko Madrid” (12 xal) və “Borussiya Dortmunt” (10 xal) növbəti mərhələyə vəsiqəni artıq təmin ediblər. “Brügge” 5 xalla üçüncü, “Monako” isə 1 xalla sonuncudur.

İstanbulun “Qalatasaray” klubu D qrupunun lideri “Portu”nu qəbul edəcək. Qrupda ikinci yerdə olan “Şalke” isə Moskvanın “Lokomotiv” komandası ilə üz-üzə gələcək. Qrupda “Portu”nun 13, “Şalke”nin 8 xalı var. “Qalatasaray” 4 xalla üçüncü, “Lokomotiv” isə 3 xalla sonuncudur. “Portu” və “Şalke” pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

D qrupunun görüşləri Bakı vaxtı ilə saat 21:55-də, digər oyunlar isə gecə saat 12-də başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş