Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Modriçin son qərarı



Xorvatiya milli komandasının və "Real" futbolçusu Luka Modriç karyerasını başa vurmaq istədiyi klubun adını açıqlayıb.

Bu barədə o, "Marca"ya açıqlamasında bildirib.

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının builki qalibi 33 yaşlı yarımmüdafiəçi oyunçu karyerasını hazırkı klubunda sonlandırmaq istədiyini bildirib: "Mənim klubumla iki illik müqaviləm var. Ümid edirəm ki, daha bir mövsüm bu komandada qalacağam. Karyeramı burada bitirmək istərdim. Ailəm də Madriddə xoşbəxtdir. Bu böyük klub üçün oynamaqdan zövq almaq istəyirəm".

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən Madrid təmsilçisində çıxış edir. Modriç 2018-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının qalibi olub. O daha əvvəl FIFA tərəfindən "The Best" və UEFA tərəfindən mövsümün futbolçusu mükafatlarına layiq görülüb.


Facebook-da paylaş

Xəbəri paylaş