Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Modriç dünya çempionu titulunu bütün mükafatlardan üstün tutur



“Real” klubunun və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç öz milli komandasının tərkibində qazanacağı futbol üzrə dünya çempionu titulunu bütün mükafatlardan üstün tutur. “France Football” jurnalının versiyasına görə “Qızıl top” mükafatının sahibi olmuş futbolçunun jurnalistlərə verdiyi bu bəyanatı Fransanın “L'Equipe” nəşri yayıb.

BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl – 2018-ci ildə Modriç Beynəlxalq Futbol Federasiyasının (FIFA) versiyası üzrə dünyanın ən yaxşı futbolçusu elan edilib. Xorvat oyunçu, həmçinin UEFA-nın versiyası üzrə Avropanın ən yaxşı oyunçusu və 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının ən yaxşı futbolçusu olub. Bu çempionatın finalında xorvatlar Fransa yığmasına 2:4 hesabı ilə məğlub olublar.

“Əvvəl də dediyim kimi, FIFA-nın ən yaxşı futbolçu titulunu, bütün şəxsi mükafatlarımı böyük məmnuniyyətlə dünya çempionu adına dəyişərdim. Təəssüf ki, hər şey istədiyimiz kimi alınmadı, amma Xorvatiya kimi kiçik ölkənin finala çıxması da böyük nailiyyətdir”, -deyə Modriç əlavə edib.


Facebook-da paylaş