Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Çelsi” ilk məğlubiyyətini “Tottenhem” səfərində aldı

“Çelsi” ilk məğlubiyyətini “Tottenhem” səfərində aldı

ngiltərə Premyer Liqasında 13-cü tura start verilib.

BrendSport.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub. “Mançester Yunayted” “Kristal Pelas”ı qəbul edib və bu oyundan xal itkisi ilə ayrılıb. “Mançester Siti” səfərdə “Vest Hem”lə qarşılaşıb və darmadağına sevinib. “Liverpul” isə “Uotford”un qonağı olub. "Qırmızılar" bu görüşdə 3 cavabsız qolla qalib gəliblər.

Turun mərkəzi görüşü Londonda keçirilib. “Tottenhem” öz meydanında “Çelsi”ni qəbul edib. Dörd qolun qeydə alındığı London derbisində "Çelsi" mövsümdəki ilk məğlubiyyətinə üzülüb.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Arsenal” isə “Bornmut” səfərinə yollanacaq.

İngiltərə Premyer Liqası, 13-cü tur

24 noyabr

Everton - Kardiff Siti 1:0

Qol: Siqurdsson, 59.

Fulhem - Sauthempton 3:2

Qol: Mitroviç, 33; 63. Şürrle, 43 - Armstronq, 18; 53.

Brayton - Lester 1:1

Qol: Murrey, 15 - Vardi, 79-pen.

Mançester Yunayted - Kristal Pelas 0:0

Uotford - Liverpul 0:3

Qol: Salah, 67. Arnold, 76. Firmino, 89.

Vest Hem - Mançester Siti 0:4

Qol: D.Silva, 11. Sterlinq, 19. Sane, 34; 90.

Tottenhem - Çelsi 3:1

Qol: Alli, 8. Keyn, 16. S.H.Min, 54 - Jiru, 85.

25 noyabr

17:30 Bornmut - Arsenal
20:00 Vulverhempton - Haddersfild

26 noyabr

00:00 Bernli - Nyukasl


Facebook-da paylaş

Xəbəri paylaş