Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Fənərbaxça"dan səs-küylü transfer hazırlığı

"Fənərbaxça"dan səs-küylü transfer hazırlığı

"Fənərbaxça" qış fasiləsində səs-küylü transfer həyata keçirməyə hazırlaşır. Sport7.az xəbər verir ki, "Sarı-Lacəvirtlilər" "Barselona"nın ulduzu Rafinya Alkantaranı istəyir. Hələ mövsümün əvvəlində gündəmə gələn 25 yaşlı Alkantara "Barselona"da qalmağa qərar versə də ölkə çempionatında cəmi 4 oyunda forma geymək şansı qazanıb.

Rafinyanın atası, Braziliya yığmasının sabiq futbolçusu Mazinyo oğlunun yanvarda "Barselona"dan ayrılacağını açıqlayıb. O buna səbəb kimi ispan klubunda kifayət qədər forma şansı tapa bilmədiyini söyləyib. Rafinyanın klubla müqaviləsi 2019/20 mövsümünün sonunda bitəcək. Mazinyo "Barselona" ilə yeni müqavilə imzalamayacaqlarını da bildirib.

İspan klubu "sambaçı"nı ötən il "İnter"ə icarəyə vermişdi. Böyük ehtimalla yenə də belə olacaq. Sözügedən futbolçu ilə "Milan" da maraqlanırdı. Lakin italyanlar başqa futbolçuya təklif göndərəcəyi üçün Rafinya ilə daha maraqlanmır. "Fənərbaxça"nın prezidenti Ali Koç yaxın münasibətdə olduğu "Barselona"dakı həmkarı Bartomeu ilə yayda müəyyən işlər görəcəyini bildirmişdi. Prezident Rafinyanın "Fənərbaxaça"ya keçidinin asanlaşmısına çalışır.

Ulduz futbolçu yarımmüdafiənin mərkəzində, hücumçu arxasında və sa cinahda oynaya bilir.

Klub eyni zamanda heyətinə İngiltərədən də futbolçu qata bilər. Belə ki, komanda "Liverpul”un müdafiəçisi Joel Matiplə də maraqlanır.

İstanbul təmsilçisinin idman direktoru Daniel Komolli keçmiş klubu "Liverpul"la danışıqlara başlayıb.

Qeyd edək ki, "Liverpul"da əsas heyətdə özünə yer tapa bilməyən 27 yaşlı futbolçu da klubunu dəyişməyə isti baxır.


Facebook-da paylaş

Xəbəri paylaş