Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Millətlər Liqası: VI turun nəticələri



UEFA Millətlər Liqasında VI turun oyunlarına start verilib. İlk oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunub. Növbəti mərhələyə yüksələn daha 3 komanda müəyyənləşib.

A Liqasının II qrupunun sonuncu - həlledici matçında İsveçrə evdə Belçika ilə üz-üzə gəlib. Qonaqlar bu matçdan ən azı heç-heçə ilə ayrılsalar, növbəti mərhələyə yüksələcəkdilər. Oyun Belçika üçün yaxşı başlayıb və 17-ci dəqiqədə 2:0 hesabı ilə önə keçiblər. Amma bundan sonra 5 qol vuran İsveçrə qələbə qazanıb - 5:2. Nəticədə İsveçrə növbəti mərhələyə vəsiqə qazanıb.

IV qrupda İngiltərə və Xorvatiya arasında baş tutub. İngiltərə əzmkar qələbə qazanaraq növbəti mərhələyə adlayıb. İspaniya ikinci pilləni tutub. Son dünya çempionatının finalçısı Xorvatiya isə B Liqasına düşüb.

B Liqasının III qrupunda keçirilən Şimali İrlandiya - Avstriya matçı heç bir əhəmiyyət kəsb etmirdi. Bosniya və Herseqovinanın artıq növbəti mərhələyə vaxtından əvvəl vəsiqə qazandığı qrupun son oyununda avstriyalılar 2:1 hesablı qələbə qazanıb.

C Liqasının II qrupunda Yunanıstan Estoniyanı, Macarıstan isə Finlandiyanı qəbul edib. Bu qrupda da Finlandiya növbəti mərhələyə vəsiqəni öncədən qazanmışdı. Finlər son turda macarlara 0:2 hesabı ilə yenilib. Yunanıstan isə doğma meydanda Etoniyaya uduzub - 0:1.

D Liqasının II qrupunda Moldova evdə Lüksemburqla 1:1 hesablı heç-heçəyə nail olub. Belarus isə səfərdə San Marinoya qalib gəlib - 2:0. Bununla da Belarus C Liqasına və növbəti mərhələyə vəsiqəni təmin edib.

Millətlər Liqası

VI tur

18 noyabr

A Liqası

II qrup


İsveçrə - Belçika 5:2
Qolar: Rikardo Rodriges, 26-pen. Haris Seferoviç, 31; 44; 84. Niko Elvedi, 62 - Torqan Hazard, 2; 17.

IV qrup

İngiltərə - Xorvatiya 2:1
Qollar: Yesse Linqard, 78. Harri Keyn, 85 - Andrey Kramariç, 57.

B Liqası

III qrup


Şimali İrlandiya - Avstriya 1:2
Qollar: Korri Evans, 57 - Xaver Şklaqer, 49. Valentino Lazaro, 90+3.

C Liqası

II qrup


Yunanıstan - Estoniya 0:1
Qol: Konstantinos-Vassilios Lambropoulos, 44 (avtoqol).

Macarıstan - Finlandiya 2:0
Qollar: Adam Szalai, 29. Adam Naqi, 37.

D Liqası

II qrup


Moldova - Lüksemburq 1:1
Qollar: Radu Ginsari, 58-pen - Stefano Bensi, 70.

San Marino - Belarus 0:2
Qollar: Stanislav Draqun, 8. Anton Saroka, 52.


Facebook-da paylaş

Xəbəri paylaş