Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millətlər Liqası: bu gün daha 3 vəsiqənin sahibi müəyyənləşəcək



Bu gün UEFA Millətlər Liqasında VI turun oyunlarına start veriləcək. İlk oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunacaq. Növbəti mərhələyə yüksələn daha 3 komanda müəyyənləşəcək.

A Liqasında iki qarşılaşma keçiriləcək. II qrupun sonuncu – həlledici matçında İsveçrə evdə Belçika ilə üz-üzə gələcək. Qonaqlar bu matçdan ən azı heç-heçə ilə ayrılsalar, növbəti mərhələyə yüksələcəklər.

IV qrupda isə İngiltərə və Xorvatiya yığmaları vacib görüşdə qarşılaşacaqlar. Bu dueldən qalib ayrılan komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Oyun bərabərliklə yekunlaşsa, qrupun digər üzvü İspaniya növbəti mərhələdə mübarizə aparacaq.

B Liqasının III qrupunda keçiriləcək Şimali İrlandiya – Avstriya matçı heç bir əhəmiyyət kəsb etməyəcək. Bosniya və Herseqovina artıq növbəti mərhələni vaxtından əvvəl təmin edib.

C Liqasının II qrupunda Yunanıstan Estoniyanı, Macarıstan isə Finlandiyanı qəbul edəcək. Bu qrupda da Finlandiya növbəti mərhələyə vəsiqəni öncədən qazanıb.

D Liqasının II qrupunda isə Moldova evdə Lüksemburqla, San Marino isə Belarusla münasibətlərə aydınlıq gətirəcək. Belarus səfərdə bir xal qazanacağı təqdirdə, digər matçın nəticəsindən aslı olmayaraq növbəti mərhələni təmin edəcək.

Millətlər Liqası

VI tur

18 noyabr

A Liqası

II qrup


23.45 İsveçrə - Belçika

IV qrup
18.00 İngiltərə - Xorvatiya

B Liqası

III qrup


21.00 Şimali İrlandiya - Avstriya

C Liqası

II qrup


23.45 Yunanıstan - Estoniya
23.45 Macarıstan - Finlandiya

D Liqası

II qrup


21.00 Moldova - Lüksemburq
21.00 San Marino - Belarus


Facebook-da paylaş

Xəbəri paylaş