Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Londonda dünya çempionu adı uğrunda matç başlanır



Planetin ən güclü şahmatçısı adı uğrunda bu titulun hazırkı sahibi, norveçli Maqnus Karlsen ilə iddiaçılar turnirinin qalibi, ABŞ nümayəndəsi Fabiano Karuana arasında matç noyabrın 9-dan 28-dək Londonun mərkəzində, Holborn rayonunda yerləşən “The College” binasında keçiriləcək.

Matçın açılış mərasimi Britaniya paytaxtının mərkəzində yerləşən “Victoria Palace” teatrında bu gün, noyabrın 8-də keçiriləcək.

Rəqiblər 18 gün ərzində klassik vaxt nəzarəti rejimində 12 partiya oynayacaqlar. Oyun günləri 9-10, 12-13, 15-16, 18-19, 20-21, 23-24 və 26 noyabr tarixlərinə təyin edilib. Bu 12 oyunun yekunu heç-heçə olarsa, qalibin müəyyən edilməsi üçün noyabrın 28-də qısa vaxt nəzarəti ilə partiyalardan ibarət tay-breyk oynanılacaq.

Rəqiblərin klassik rejimdə oynayacağı 12 partiyanın hər birində ilk 40 gediş üçün 100 dəqiqə, sonrakı 20 gediş üçün 50 dəqiqə, 61-ci gedişdən partiyanın sonuna qədər 15 dəqiqə, üstəgəl hər gediş üçün 30 saniyə vaxt ayrılacaq.

Matçın mükafat fondu 1 milyon avrodur.


Facebook-da paylaş

Xəbəri paylaş