Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Barselona" yeni müdafiəçi axtarışında: siyahıda 8 namizəd var



Tomas Vermalen və Samuel Umtitinin sıradan çıxması "Barselona”nın yeni müdafiəçi axtarışına çıxmasının şərtləndirib.

İspaniya mətbuatı xəbər verir ki, Kataloniya təmsilçisi yanvarda mərkəz müdafiəçisi almaq niyyətindədi.

Baş məşqçi Ernesto Valverde siyahını artıq rəhbərliyə təqdim edib. İspaniya nəhənginin ilk hədəfi "Çelsi”nin üzvü David Luizdi. Bundan başqa Branislav İvanoviç ("Zenit”), Benedikt Hövedes və Vedran Çorluka (hər ikisi "Lokomotiv”) da gündəmdə olan oyunçulardı.

Həmçinin Medhi Benatia ("Yuventus”), Dante ("Nitsa”), Adil Rami ("Marsel”) və Joze Fonte ("Lill”) alternativlər arasındadı.


Facebook-da paylaş

Xəbəri paylaş