Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"El-klassiko": "Barselona" darmadağınla qalib gəldi

"Barselona" darmadağınla qalib gəldi

Bu gün İspaniya La Liqasında mövsümün ilk "El-Klassiko"su baş tutub. Əzəli rəqiblər - "Barselona” və "Real" La Liqanın X turu çərçivsində qarşılaşıb. Bu 2007-ci ildən sonra Lionel Messi və Kriştiano Ronaldosuz keçirilən ilk "El-Klassiko" idi.

Bu mövsüm hər iki komanda gözlənilən səviyyədə çıxış etmirdi. Buna baxmayaraq, Kataloniya klubu IX turu 18 xalla lider mövqeyində başa vurmuşdu. Ernesto Valverdenin komandası "El-Klassiko"da qələbə qazana bilməsəydi, X turun yekununda La Liqada lider dəyişəcəkdi. Artıq "Atletiko Madrid” X turun ilk günündə doğma meydanda "Real Soseydad”a qalib gələrək xallarını 19-a çatdırmışdı. Mövsümə Xulen Lopeteginin rəhbərliyi altında başlayan "Real Madrid” isə 9 turdan sonra 14 xalla 7-ci yerdə qərarlaşmışdı.

Gözlənildiyi kimi oyuna sürətlə başlayan Kataloniya təmsilçisi ilk hissədə 2 qol vuraraq fasiləyə üstünlüklə gedib.

İkinci hissənin debütündə top fərqini birə endirən madridlilər bundan artığına gücləri çtmayıb. Əvəzində "Barselona" Suaresin het-trik etdiyi oyunda daha 3 qol vuraraq böyük hesablı qələbəyə sevinib.

Beləliklə, futbol dünyasının diqqət kəsildiyi oyun "Barselona"nın darmadağınıyla başa çatıb. Bu oyundan sonra kataloniyalılar yenidən zirvəyə yerləşib.

Belə nəticədən sonra onsuz da kreslosu laxlayan "Real"ın baş məşqçisi Xulen Lopeteqinin istefaya göndəriləcəyi deyilir.


Facebook-da paylaş

Xəbəri paylaş