Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: III turun nəticələri



Bu gecə Çempionlar Liqasında I dövrə başa çatıb. III turun ikinci günündə dövrənin son 8 oyunu keçirilib.

A qrupunda maraqla gözlənilən alman - ispan qarşılaşması yetərincə maraqlı alınıb. İlk iki oyunda maksimum nəticə qazanan Dortmund "Borussiya”sı "Atletiko”nu meydana çıxdığına peşman edib - 4:0.

B qrupunda hərəyə 6 xalla liderliyi bölüşən "Barselona” və "İnter” "Nou Kamp”da matça çıxıb. "Barsa” hər hissədə bir top vuraraq iddiasını ortaya qoyub.

C qrupunda PSJ İtaliya təmsilçisi "Napoli”yə gücünü göstərməyi bacarmayıb. 4 qolun qeydə alındığı görüşdə parisliləri yenilgidən 3-cü uzatma dəqiqəsində Di Mariya xilas edib. Qrupun İngiltərədəki oyununda matçın aşkar favoriti "Liverpul” "Srvena Zvezda”ya səviyyə fərqini göstərib.

D qrupunda qonaq qismində "Lokomotiv”i yenən "Portu” liderliyə yüksəlibsə, "Qalatasaray” öz meydanında "Şalke” ilə "quru sülh"ə razılaşıb.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

24 oktyabr

A qrupu


"Brügge” (Belçika) – "Monako” (Fransa) - 1:1
Qollar: Uesli, 39 - Silla, 32

"Borussiya” (Dortmund, Almaniya) – "Atletiko” (İspaniya)-4:0
Qollar: Vitsel, 38, Gerreyro, 73, 89, Sanço, 83

1.	Borussiya Dortmund	        3	3	0	0	8:0	9
2.	Atletiko Madrid	                3	2	0	1	5:6	6
3.	Monako	                        3	0	1	2	2:6	1
4.	Brügge	                        3	0	1	2	2:5	1


B qrupu

PSV (Hollandiya) – "Tottenhem” (İngiltərə)-2:2
Qollar: Lozano, 30, Luk de Yonq, 87 - Lukas Moura, 39, Keyn, 55

"Barselona” (İspaniya) – "İnter” (İtaliya) - 2:0
Qollar: Rafinya, 32, Alba, 83

1.	Barselona	        3	3	0	0	10:2	9
2.	İnter	                3	2	0	1	4:4	6
3.	Tottenhem	        3	0	1	2	5:8	1
4.	PSV	                3	0	1	2	3:8	1


C qrupu

PSJ (Fransa) – "Napoli” (İtaliya)-2:2
Qollar: Rui, 61 (avtoqol), Di Mariya, 90+3 - İnsinye, 29, Mertens, 77

"Liverpul” (İngiltərə) – "Srvena Zvezda” (Serbiya)-4:0
Qollar:Firmino, 20, Salah, 45, 50 (pen.), Mane, 80

1.	Liverpul	        3	2	0	1	7:3	6
2.	Napoli	        3	1	2	0	3:2	5
3.	PSJ	                3	1	1	1	10:6	4
4.	Srvena zvezda	3	0	1	2	1:10	1


D qrupu

"Qalatasaray” (Türkiyə) – "Şalke” (Almaniya)-0:0

"Lokomotiv” (Rusiya) – "Porto” (Portuqaliya)-1:3
Qollar: Mirançuk, 38 - Mareqa, 26 (pen.), Errera, 35, Korona, 47

1.	Portu	        3	2	1	0	5:2	7
2.	Şalke	                3	1	2	0	2:1	5
3.	Qalatasaray	3	1	1	1	3:1	4
4.	Lokomotiv M.	3	0	0	3	1:7	0


Facebook-da paylaş

Xəbəri paylaş