Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Real"ın yeni baş məşqçisinin kimliyi ilə bağlı ilginc iddia



Mövsümə uğursuz başlayan və son 5 turda qələbə üzünə həsrət qalan "Real"ın baş məşqçisi Julen Lopeteguinin kreslosu laxlayır.

İspaniya mətbuatı baş məşqçinin tezliklə istefaya göndəriləcəyini yazır.

Həmkarlarımız "Real"ın baş məşqçisi postuna namizədlər arasında sürpriz bir ada da yer verir. İddialara görə, "Kral Klubu"nun saiq üzvü Quti Hernandes komandaya baş məşqçi təyin oluna bilər.

Qeyd edək ki, Quti 1996-2000-ci illərdə "Real"da çıxış edib. O, yayda "Real"ın akadesiyasından ayrılaraq "Beşiktaş"a məşqçisi təyin edilib. Bir neçə gün əvvəl Qutinin Türkiyə klubundan ayrıldığı iddia olunsa da, Madriddə UEFA-nın məşqçi kursuna qatıldığı müəyyənləşmişdi.

Quti "Real"dan ayrılaraq "Beşiktaş"a gəlməsinin səbəbini belə izah edib: "Real"ın akademiyasından ayrılıb Türkiyəyə gəlmək səbəbim ən qısa zamanda bir komanda çalışdıra biləcək səviyyəyə gəlməkdi. Bu məsələdə səbirli olmalıyıq. Hazırda "Beşiktaş"dakı işimdən razıyam. "Real"ın hansı vəziyyətdə olduğunu bilmirəm. Düzünü bilmək istəyirsinizsə, hadisələrin gedişini izləmirəm. Çünki diqqətimi "Beşiktaş"dakı işimə yönəltmişəm".


Facebook-da paylaş

Xəbəri paylaş