Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qvardiola futbolda başqalarından bir baş üstündür”



“Monako”nun yeni baş məşqçisi Tyerri Anri fikirlərini bildirib. Anri məşqçi işində örnək saydığı mütəxəssisin də adını açıqlayıb. O, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolaya pərəstiş etdiyini gizlətməyib:

“İndiyə qədər hansı məşqçi ilə işləmişəmsə, ondan nəsə öyrənmişəm. Fərqi yoxdur, mənim inkişafımda nəsə edənlərdən də, nəyi isə düz etməyənlərdən də.

Arsen Venger mənim düşüncəmi dəyişdi: peşəkar olmağın, özünü apamağın yollarını başa saldı. Sən başqalarından öyrənsən də, özün də özünə nəsə əlavə etməlisən.

Pep Qvardiola mənim üçün belə nümunələrdəndir. Mən əsl futbol oynamağı onun rəhbərliyi altında “Barselona”da oynayanda öyrəndim.

Pep futbol barədə söhbət etməyə başlayacaqsa, onda yatmayacaq. Səni yuxu aparacaq, o isə danışmağa davam edəcək. O, futbolda başqalarından bir baş üstündür”.

Anri baş məşqçi kimi fəaliyyətə məhz “Monako”da başlayır. O, DÇ-2018-də Belçika yığmasının məşqçilər korpusunda yer almışdı.


Facebook-da paylaş

Xəbəri paylaş