Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Real" Modriçin satılma şərtini açıqladı



"İnter” “Real”ın yarımmüdafiəçisi Luka Modriçlə bağlı transfer danışıqlarını bərpa etməyə hazırdır.

“Corriere dello Sport”un yaydığı xəbərə görə, xorvatiyalı futbolçu komandasını dəyişmək barədə fikrini dəyişməyib. “Kral klubu”nun prezidenti Florentino Peres və baş məşqçi Xulen Lopeteqinin münasibətindən narazı qalan 33 yaşlı oyunçu başqa kluba keçmək istəyir.

“Real” rəhbərliyi isə Modriçlə yollarını ayırmağa tələsmir. Madrid klubu yalnız layiqli əvəzləyici tapacağı halda onu buraxmağı düşünür.

Qeyd edək ki, mövsümün əvvəlində “İnter” Modriçi heyətinə qatmaq istəsə də, “Real” aparıcı futbolçusunu satmaqdan imtina etmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş