Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: gecənin gözlənilən və sürpriz nəticələri

gecənin gözlənilən və sürpriz nəticələri

UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib. İlk oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilb.

Turnirin son qalibi İspaniya "Real Madrid"i səfərdə Rusiya MOİK-i ilə üz-üzə gəlib. İspaniya klubu ilk turda evdə İtaliya "Roma"sını 3:0 hesabı ilə məğlub etdiyi halda, MOİK isə səfərdə Çexiya "Viktoriya"sı ilə bərabərə qalmışdı - 2:2.

Madrid təmsilçisi bu qarşılaşmada 4 əsas futbolçusunun xidmətindən yararlana bilməyib. Belə ki, Serxio Ramos, İsko, Marselo və Qaret Beyl zədə səbəbindən matçda iştirak etməyib. Meydan sahiblərindən isə Viktor Vasin, Konstantin Kuçayev, Kristian Bistroviç, Xetaq Kosonov və Abel Ernandes zədəli olduqları üçün bu görüşü buraxıblar.

İtaliya "Yuventus"u İsveçrənin "Yanq Boyz"unu qəbul edib. Turin təmsilçisi I turda İspaniya "Valensiya"sını 2:0 hesabı ilə qalib gəlmişdi. İsveçrə klubu isə evdə İngiltərənin "Manşester Yunayted" komandasına uduzmuşdu - 0:3. Meydan sahiblərinin ulduz futbolçusu Kriştianu Ronaldu ilk turda qırmızı vərəqə aldığı üçün bu matçda iştirak etməyib. Son İtaliya çempionu həmçinin, zədəli Duqlas Kostanın xidmətindən yararlana bilməyib. Qonaqların heyətində isə Qreqori Vütrix, Cordan Lotomba və Pedro Teyşeyranın bu görüşdə iştirak etməyiblər.

Günün digər maraqla gözlənilən oyunu Almaniyada baş tutub. "Bavariya" Hollandiya "Ayaks"ı ilə münasibətlərə aydınlıq gətirib. Münhenlilər qrup mərhələsinin ilk oyununda səfərdə Portuqaliya "Benfika"sını 2:0 hesabı ilə üstələmişdi. "Ayaks" isə evdə Yunanıstan AEK-ini məğlub edə bilmişdi - 3:0 .
Meydan sahiblərinin heyətində Rafinya, Korenten Tolisso, Kinqsli Koman bu görüşü buraxıblar. Hollandiya klubunda isə Coel Veltman, Deili Sinkqraven, Burema Bande və Vaçlav Çerni zədəli idilər.

Beləliklə, Çempionlar Liqasında gecənin gözlənilən və sürpriz nəticələrini təqdim edirik:

Çempionlar Liqası
Qrup mərhələsi, II tur

2 oktyabr

E qrupu


AEK (Yunanıstan) – "Benfika” (Portuqaliya) - 2:3
QOLLAR: Klonaridis, 53; 63; Seferoviç, 6; Qrimaldo, 15; Semedo, 74

"Bavariya” (Almaniya) - "Ayaks” (Hollandiya) - 1:1
QOLLAR: Hummels, 4; - Mazraun, 22

F qrupu

"Hoffenhaym” (Almaniya) – "Mançester Siti” (İngiltərə) - 1:2
QOLLAR: Belfodil, 1 - Aquero, 7; Silva, 87

"Lion” (Fransa) – "Şaxtyor” (Donetsk, Ukrayna) - 2:2
QOLLAR: Dembele, 70; Dyubua, 73 - Moraes, 44; 55

G qrupu

"Roma” (İtaliya) – "Viktoriya” (Çexiya) - 5:0
QOLLAR: Dzeko, 3; 40; 90+2; Under, 64; Kluyvert, 73

MOİK (Moskva, Rusiya) – "Real” (İspaniya) - 1:0
QOL: Vlasiç, 2

H qrupu

"Yuventus” (İtaliya) – "Yanq Boyz” (İsveçrə) - 3:0
QOLLAR: Dibala, 5; 34; 69

"Mançester Yunayted” (İngiltərə) – "Valensiya” (İspaniya) - 0:0


Facebook-da paylaş

Xəbəri paylaş