Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Çempionlar Liqası qaldığı yerdən davam edir

Çempionlar Liqası qaldığı yerdən davam edir

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura start veriləcək.

BrendSport.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək. Çempionlar Liqasının son qalibi “Real” səfərdə ÇSKA (Moskva) ilə üz-üzə gələcək. "Yuventus"u isə "Yanq Boyz"la görüş gözləyir. “Qoca sinyora”nın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo ilk turda qırmızı vərəqə aldığından, bu oyunda iştirak etməyəcək.

Almaniya nəhəngi “Bavariya” “Ayaks”la münasibətlərinə aydınlıq gətirəcək. Münhenlilər qrup mərhələsinin ilk turunda səfərdə Portuqaliya "Benfika"sını 2:0 hesabı ilə üstələyib. "Ayaks" isə doğma meydanda Yunanıstan AEK-ini məğlub edib - 3:0 .

Turun qalan oyunları sabah keçiriləcək.

Çempionlar Liqası, 2-ci tur

2 oktyabr

E qrupu


23:00. AEK (Afina, Yunanıstan) - Benfika (Portuqaliya)
23:00. Bavariya (Münhen, Almaniya) - Ayaks (Hollandiya)

F qrupu

20:55. Hoffenhaym (Almaniya) - Mançester Siti (İngiltərə)
23:00. Lion (Fransa) - Şaxtyor (Donetsk, Ukrayna)

G qrupu

23:00. ÇSKA (Moskva, Rusiya) - Real (İspaniya)
23:00. Roma (İtaliya) - Viktoriya (Plzen, Çexiya)

H qrupu

20:55. Yuventus (İtaliya) - Yanq Boyz (İsveçrə)
23:00. Mançester Yunayted (İngiltərə) - Valensiya (İspaniya)

3 oktyabr

A qrupu

23:00. Borussiya (Dortmund, Almaniya) - Monako (Fransa)
23:00. Atletiko (İspaniya) - Brügge (Belçika)

B qrupu

23:00. PSV (Hollandiya) - İnter (İtaliya)
23:00. Toottenhem (İngiltərə) - Barselona (İspaniya)

C qrupu

20:55. PSJ (Fransa) - Srvena Zvezda (Serbiya)
23:00. Napoli (İtaliya) - Liverpul (İngiltərə)

D qrupu

20:55. Lokomotiv (Moskva, Rusiya) - Şalke (Almaniya)
23:00. Portu (Portuqaliya) - Qalatasaray (Türkiyə)


Facebook-da paylaş