Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yoahim Löv Məsut Özildən danışdı



Almaniya millisinin baş məşqçisi Yoahim Löv Məsut Özillə bağlı açıqlama verib.

FIFA "The Best" mükafatlarının təqdimat mərasiminə yollanarkən futbolçu ilə görüşmək istəyən, ancaq rədd cavabı alan mütəxəssis bununla bağlı danışıb.

"Məsut Özil bizimlə danışmaq istəmir. Səbəbi nədi, bilmirəm. Mən onunla danışmaq istədim. Şəxsi olaraq bu qədər birlikdə çalışdıqdan sonra bu addımı atması məni məyus etdi" deyə Löv bildirib.

Qeyd edək ki, Məsut Özil Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəkili səbəbindən tənqid hədəfinə çevirilmişdi. "DÇ-2018"dəki uğursuzluqdan sonra əsas günahkar elan edilən futbolçu irqçi hücumlara məruz qaldığını bildirərək Almaniya millisində imtina edib.


Facebook-da paylaş

Xəbəri paylaş