Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqasında bütün nəticələr



Bu gün Çempionlar Liqasında qrup mərhələsində ilk tura yekun vurulub.

İkinci oyun günündə də 8 qarşılaşma keçirilib.

Günün maraqlı oyunlarından biri "Santyaqo Bernabeu"da olub. Son 3 mövsüm ÇL-i qazanan "Real" "Roma" ilə üz-üzə gəlib. Görüş Madrid klubunun qələbəsi ilə başa çatıb - 3:0.

Daha bir İspaniya - İtaliya qarşıdurmasında "Valensiya" " Yuventus"u sınağa çəkib. Kriştianu Ronaldo bu matçda "Qoca Sinyora"nın heyətində ÇL-də debüt edib. Lakin portuqaliyalı hücumçunun debütü uğurlu alınmayıb. O, matçın 29-cu dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub. "Yuventus" azlıqda qalmasına baxmayaraq, 2:0 hesablı qələbə qazanıb.

19 sentyabr

E qrupu

23:00.”Benfika” (Portuqaliya) – “Bavariya” (Almaniya) - 0:2
Qollar: Levandovski, 10, Sançez,54

20:55.“Ayaks” (Hollandiya) – AEK (Kipr) - 3:0
Qollar: Talyafiko, 46, De Beek, 77, Talyafiko, 90

F qrupu

23:00.”Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) - 1:2
Qol: Kornet, 26 (0:1), Fekir, 43 (0:2), Silva, 67 (1:2)

20:55. "Şaxtyor" (Donetsk, Ukrayna) – “Hoffenhaym” (Almaniya) - 2:2
Qollar: Qrilliç, 6 (0:1), İsmaili, 28 (1:1), Nordveyt, 38 (1:2), Barberan, 81 (2:2)

G qrupu

23:00.”Real" (İspaniya) - "Roma" (İtaliya) - 3:0
Qollar: İsko, 45, Beyl, 58, Mariano, 90+2

23:00."Viktoriya" (Çexiya) - SSKA (Rusiya) - 2:2
Qol: Krmençik, 29 (1:0), 41 (2:0), Şalov, 49 (2:1), Vlasiç, 90+5 (2:2)

H qrupu

23:00. "Valensiya" (İspaniya) - "Yuventus" (İtaliya) - 0:2
Qollar: Pyaniç, 46, 51
Qırmızı vərəqə: Ronaldo, 29 ("Yuventus")

23:00. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 0:3
Qollar: Poqba, 35, 44-pen. Marsial, 66.

18 sentyabr

A qrupu

"Monako" (Fransa) - "Atletiko" (Madrid, İspaniya) 1:2

"Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya) 0:1

C qrupu

"Srvena Zvezda" (Serbiya) - "Napoli" (İtaliya) 0:0

"Liverpul" (İngiltərə) - PSJ (Fransa) 3:2

D qrupu

"Şalke" (Almaniya) - "Portu" (Portuqaliya) 1:1

"Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya) 3:0

B qrupu

"İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə) 2:1

"Barselona" (İspaniya) - PSV (Eyndhoven, Hollandiya) 4:0


Facebook-da paylaş

Xəbəri paylaş