Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Real”a keçmək istəmir



“Portu”nun meksikalı futbolçusu Ektor Erreranın meneceri Qabriel Moraeş futbolçunun “Real”a mümkün transferi haqda açıqlama verib.

Moraeş Erreranın bu mövsüm komandada qalacağını bildirib. Portuqaliya mətbuatına açıqlama verən Moraeş bunları deyib:

“Errera müqaviləsi bitənə qədər komandada qalacaq. Bəzi klubların təklifi oldu, ancaq o, “Portu”nun futbolçusudur. Errera burda qalmaq istəyir. Qış transfer pəncərəsinə hələ çox var. Klub yeni müqavilə təklif etmək istəsə, danışacağıq”.

28 yaşlı futbolçunun müqaviləsində "40 milyon avroya sərbəst qala bilər" maddəsi var. Ektor bu mövsüm “Portu” forması ilə 5 matçda iştirak edib və 1 qol vurub.

Errera ilə “Real” yaxından maraqlanır.


Facebook-da paylaş

Xəbəri paylaş