Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Real", "Çelsi" və "Fənərbaxça"dan transferlər

"Real", "Çelsi" və "Fənərbaxça"dan transferlər

"Real" müdafiəçisi Teo Ernandesi "Real Sosyedad"a icarəyə verib.

Klubun saytının yaydığı xəbərə görə, 20 yaşlı müdafiəçi 2018/2019 mövsümündə icarə əsasında "Real Sosyedad"da oynayacaq.

Qeyd edək ki ,T.Ernandes 2017-ci ildən "Atletiko"dan 26 milyon avroya "Real"a transfer olunub.

***

"Çelsi" də futbolçusu Mişi Batşuayini "Valensiya"ya icarəyə verib.

Klubun saytında yayılan xəbərə görə, 24 yaşlı hücumçu 2018/2019 mövsümündə icarə əsasında İspaniya təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, M.Batşuayi ötən mövsümün ikinci yarısı icarə əsasında "Borussiya"da (Dortmund) oynayıb.

***

Türkiyənin "Fənərbaxça" klubu isə heyətini yeni futbolçu ilə gücləndirib.

"Sky Sports"un yaydığı xəbərə görə, İstanbul təmsilçisi "Lester"in hücumçusu İslam Slimanini icarəyə götürüb. Əlcəzairli forvardın bu gün Türkiyəyə gedib yeni klubu ilə 1 illik müqavilə imzalayacağı gözlənilir. 30 yaşlı futbolçunun "sarı-lacivərdlilər"də illik 4,5 milyon avro qazanacağı iddia olunur.

Qeyd edək ki, Slimani ötən mövsümün yarısını icarə əsasında "Nyukasl"da keçirmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş