Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Real" 6 milyona satdığı futbolçunu 120 milyona alır



Eden Hazard və Harri Keyni transfer edəcəyi deyilən "Real"ın heyətinə qatacağı ulduz futbolçularla bağlı müzakirələr davam edir.

Avropa mediasının iddiasına görə, hazırda "Kral Klubu"nun hədəfinədki bir nömrəli ulduz Harri Keyndi. İspanlar ulduz futbolçu üçün Tottenhem"ə 250 milyon avro təklif edir.

Bu transfer baş tutmasa, "Real" "Valensiya"nın forvardı Rodriqonu transfer edəcək. Madrid klubunun Braziliya əsilli ispan futbolçu üçün 120 milyon avro ödəyəcəyi deyilir.

Qeyd edək ki, Rodriqo 2009-2010-cu illərdə "Real"ın C və B komandalarında çıxış edib. "Real" onu 2010-cu ilin yayında 6 milyon avroya "Benfika"ya satıb. Futbolçu 2010/11 mövsümündə "Bolton"a, 2014/15 mövsümündə "Valensiya"ya icarəyə verilib. "Valensiya" 2015-ci ilin yayında 30 milyon avro ödəyərək Rodriqonun transfer hüququnu alıb. Hazırda "Transfermarkt"ın 50 milyon avro qiymət qoyduğu 27 yaşlı forvard 2017/18 mövsümündə 44 rəsmi oyuna çıxaraq 19 qol vurub və 7 məhsuldar ötürəm edib.


Facebook-da paylaş

Xəbəri paylaş