Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qalatasaray” – “Akhisarspor” kubok oyunu nə zaman və hansı kanalda?

“Qalatasaray” – “Akhisarspor” kubok oyunu nə zaman və hansı kanalda?

Ötən mövsüm Türkiyə Super Liqasını çempion kimi tamamlayan “Qalatasaray” yeni sezona da kubokla başlamaq arzusundadır.

BrendSport.az saytı xəbər verir ki, Cim-bom keçən sezon Türkiyə Kubokunu qazanan “Akhisarspor”la bu gün saat 21:45-də Konya Böyükşəhər Bələdiyyə Stadionunda üz-üzə gələcək. Qarşılaşma Türkiyənin “ATV” kanalından canlı olaraq yayımlanacaq. Oyunun baş hakimi isə FİFA refersi Cüneyt Çakır olacaq.

Bu görüşlə “Qalatasaray” həmçinin bu mövsümdə ilk rəsmi oyununa çıxacaq.

Kuboku qazanmaq istəyən sarı-qırmızılılar çempionata da yaxşı əhval-ruhiyyə ilə başlamaq istəyir. Belə ki, gələn həftə başlayacaq Türkiyə Super Liqasında “Qalatasaray” çempionatın yeni komandası olan “MKE Ankaragücü” ilə qarşılaşacaq.

Baş məşqçi Fatih Terimin şans verdiyi təqdirdə “Qalatasaray”a yeni transfer olunan Henri Onyekuru və Muğdat Çelik də oyunda iştirak edə biləcək. Onyekuru 4 yoldaşlıq görüşlərində meydana çıxmış və 2 qolla yadda qalmışdı. Eyni zamanda Muğdat da 6 yoldaşlıq oyununda meydana çıxıb və 1 qol vurmağı bacarıb.

Həmçinin tarixində ilk dəfə Türkiyə Kubokunun sahibi olan “Akhisarspor” klubu da Super Kuboku qazanmaqla yeni bir uğura imza atmaq istəyirlər.

Qeyd edək ki, 2018 Dünya Çempionatında həyata keçirilən VAR sistemindən cari mövsümdə Türkiyə Super Liqası ilə yanaşı, bu görüşdə də istifadə olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş