Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ" - BATE görüşünün biletləri satışda - BATE-dən sonra pley-offdakı potensial rəqiblər



Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ”ın qarşılaşacağı BATE-ylə matçın biletləri artıq satışa çıxarılıb.

Biletlərin "qara bazar"a çıxarılmasının qarşısını almaq üçün biletləri ilkin mərhələdə yalnız aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz.

Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Qeyd edək ki, "Qarabağ” - BATE matçı avqustun 7-i saat 21:00-da start götürəcək.

Bu arada "Qarabağ”ın bu mərhələni keçəcəyi təqdirdə pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

"köhlən atlar” ÇL-in 3-cü təsnifat mərhələsində BATE-ni (Belarus) mübarizədən kənarlaşdıracağı təqdirdə, səpələnməmişlər sırasında yer alacaq. "Qarabağ”ın 7 potensial rəqibi var. Bunlar PSV (Hollandiya), eləcə də "Zalsburq” (Avstriya) - "Şkendiya” (Makedoniya), "Seltik” (Şotlandiya) - AEK (Yunanıstan) və "Astana” (Qazaxıstan) - "Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibləridir.

"Qarabağ" - BATE cütü ilə yanaşı, səpələnməmişlər səbətində "Yanq Boyz” (İsveçrə), "Malmö” (İsveç) - "Videoton” (Macarıstan), "Srvena Zvezda” (Serbiya) - "Spartak” (Trnava, Slovakiya) cütlərinin qalibləri də olacaq.

Pley-off mərhələsinin püşkü avqustun 6-da atılacaq. Oyunlar isə 21-22 və 28-29 avqustda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş