Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” Albaniyadan sərfəli nəticə ilə dönür



"Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

Qurban Qurbanovun yetirmələri ilk sınağına Albaniyada çıxıb və "Kukesi” ilə qarşılaşıb. Təmsilçimiz gələn həftə keçiriləcək cavab matçı öncəsi sərfəli nəticə qazanmağı qarşısına məqsəd qoymuşdu.

BrendSport.az saytı xəbər verir ki, ilk raundda Sloveniya "Olimpiya”sını qol buraxmadan (1:0, 0:0) keçən "Qarabağ” yenilənmiş heyəti ilə son illərin uğurlarını təkrarlamaq iddiasındadı. Ardıcıl 4 dəfə avrokubokların qrupuna düşən çempionumuz 3 dəfə Avropa Liqası, ötən il Çempionlar Liqasına əsas raunda yüksəlib.

"Kukesi" ilə də oyunda ilk dəqiqələrdən öz oyununu diqtə etməyə çalışan "Qarabağ" oyunun sonuna qədər üstünlüyünü əldən verməyib. Ara-sra hücumlar təşkil etməyə çalışan Albaniya təmsilçisi demək olar ki, qol vəziyyəti yarada bilməyib.

"Qarabağ"ın bir neçə təhlükəli hücumları da qolsuz başa çatdığından oyunu 0:0 hesabı ilə nəticələnib. Qol vura bilməməsinə rəğmən təmsilçimizin rəqib meydanından sərfəli nəticəilə döndüyünü deyə bilərik.

Qeyd edək ki, bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. (Xatırladaq ki, bu cütlüyün də bu gün keçirilən görüşündə hesab açılmayıb). Mübarizəni dayandıran klub isə Avropa Liqasının III təsnifat mərhələsində "Torpedo" (Kutaisi, Gürcüstan) - "Vikinqur" (Farer adaları)cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

25 iyul


21.00 Kukesi (Albaniya) - Qarabağ (Azərbaycan) 0:0


Facebook-da paylaş

Xəbəri paylaş