Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



""Qarabağ"la matçda çox diqqətli olmalıyıq"



"Qarabağ" haqda kifayət qədər məlumatımız var. Son illər gördükləri iş və qazandıqları nəticələr çox şeydən xəbər verir".

Bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Kukesi"nin hücumçusu Sebino Plaku deyib. Albaniya mətbuatına danışan 33 yaşlı futbolçu Ağdam klubunun güclü rəqib olduğunu etiraf edib:

"Tərəqqi ilə yanaşı, rəqibə hörmətlə, oyuna isə məsuliyyətlə yanaşmağı şərtləndirən digər amillər də var. "Qarabağ" yüksək büdcəli komandadır. Heyətində təcrübəlilərlə yanaşı, gənc və potensiallı futbolçular da çıxış edir ki, bunun sayəsində sabit oyun göstərirlər. Bütün bunlar hər iki oyunun olduqca çətin keçəcəyindən xəbər verir. Odur ki, xüsusilə sabahkı matçda çox diqqətli olmalıyıq".

"Qarabağ"ın heyətində çıxış edən albaniyalı müdafiəçi Ansi Aqollidən də söz açan Plaku onunla çoxdan tanış olduğunu bildirib: "Aqolli ilə tanışlığımız əvvəldən var. Çünki o, hər şeydən öncə Tiranadandır. Həmyerlim və ya Tirananın ən yaxşı oğlanı ilə görüşmək xoş olacaq. O, millinin də şərəfini qoruyub. Böyük məmnuniyyətlə görüşüb, təcrübəmizi bölüşə bilərik. Ansi haqda ancaq yaxşı sözlər deyə bilərəm. Başqa heç nə. Onun qarşılaşma xoş olacaq".

Qeyd edək ki, "Kukesi" - "Qarabağ" oyunu sabah keçiriləcək. Cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək. Hər iki oyunun başlama saatı 21:00-dır.


Facebook-da paylaş

Xəbəri paylaş